Ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub

Ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxunub
# 21 iyun 2016 16:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 26-da Göygöl rayonunda, Bayraq Meydanı ərazisində Hafiz Balaxanov yolu keçmək istəyərkən Ramiz İbrahimovun idarə etdiyi “QAZel” markalı yük avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR