Elxan Məmmədov: “Premyer Liqada “Top komandalar” oynamalıdır”

Elxan Məmmədov: “Premyer Liqada “Top komandalar” oynamalıdır”
# 15 mart 2013 11:09 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının formatının dəyişdirilməsinin detalları məlum olub. Apasport.az saytının xəbərinə görə, hazırda 12 komandanın mübarizə apardığı yarışın 10 komandalı çempionata çevrilməsinin necə gerçəkləşəcəyinə aydınlıq gəlib.

Bu məsələyə İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov aydınlıq gətirib. O bildirib ki, Topaz Premyer Liqasını 2 klub tərk etməklə istənilən say əldə olunacaq. I diviziondan isə heç bir klub yüksək dəstəyə vəsiqə əldə etməyəcək: “Mövsümü son 2 pillədə başa vuran komandalar aşağı dəstəyə düşəcək. Bu il isə Premyer Liqaya yüksələn komanda olmayacaq. Düşünürük ki, Topaz Premyer Liqasında “Top komandalar” çıxış etməlidirlər. Gələn mövsüm I divizionun qaliblərinin Premyer Liqaya çıxıb-çıxmamasına isə növbəti il İcraiyyə Komitəsi qərar verəcək”.

Qeyd edək ki, Topaz Premyer Liqasının növbəti mövsümündə 10 komanda 4 dövrədə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR