Azərbaycan banklarında yerləşdirilən əmanətlərin həcmində azalma müşahidə olunub

Azərbaycan banklarında yerləşdirilən əmanətlərin həcmində azalma müşahidə olunub
# 08 may 2015 12:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-nə banklarda yerləşdirilən əhalinin əmanətləri 7 mlrd. 781,6 mln. manat təşkil edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunub.

Statistikaya əsasən, bu göstərici, mart ayının 1-nə olan göstərici ilə müqayisədə 1,9% azdır. Belə ki, fevral ayında əhalinin əmanətləri 7 mlrd. 932,7 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə nisbətən isə bu rəqəm 16,9% artıb. Qeyd edək ki, 2014-cü ilin martında əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 656,3 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR