Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub
# 26 may 2015 08:49 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin A.Məmmədov və Ə.Vahid küçələrinin kəsişməsində, Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarşısında qeydə alınıb.

Şəhər sakini Kərimov Ceyhun Şiraslan oğlu idarə etdiyi 10-VR-017 dövlət nömrə nişanlı “Priora” markalı minik avtomobili ilə yolun kənarında dayanan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçisi, 1951-ci il təvəllüdlü Bayramova Səlminaz Veysəl qızını vurub. Səlminaz Bayramova müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR