Azərbaycanda sənaye sektorunda 2026-cı ilin yanvar-avqust aylarında 44,6 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,4 faiz az sənaye məhsulu istehsal edilib.
Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, emal sənayesində 2026-cı ilin yanvar-avqust aylarında 14.912,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Azərbaycanda sənaye istehsalı:
_1789110367.png)