Paşha Bank
Bank Of Baku

Azərbaycanda mazut istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda mazut istehsalı kəskin artıb - CƏDVƏL
# 16 oktyabr 2026 12:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 612 milyon manat olmaqla, əvvəlki ilin 9 ayı ilə müqayisədə 4,3 faiz azalıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 78,8 faiz, sürtkü yağlarının istehsalı 24,2 faiz artıb.

Bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə ağ neft istehsalı 19,2 faiz, neft bitumu istehsalı 33,8 faiz, dizel yanacağının istehsalı 3,4 faiz, avtomobil benzinin istehsalı isə 1 faiz azalıb .

Azərbaycanda istehsal olunan neft məhsulları:

Məhsul növləri

2026-cı ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.10.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1 068,5

99

45,5

Ağ neft, min ton

419

80,8

34,2

Qazoyllar (dizel yanacağı), min ton

1 799

96,6

137,5

Mazut, min ton

103,0

178,8

2,4

Sürtkü yağları, min ton

33,9

124,2

0,7

Maye qazlar, min ton

134,9

79,7

2

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

625

107,5

31,6

ondan:

neft bitumu, min ton

126,4

66,2

13,6

neft koksu, min ton

188,2

110,4

12,2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR