Paşha Bank
Bank Of Baku

"AzerGold” sədri: Söyüdlü və Ortakənd yataqları üzrə 1,28 mln. unsiya qızıl hasil ediləcək

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

© APA | "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

# 24 sentyabr 2026 16:35 (UTC +04:00)

"Xronoloji ardıcıllıq üzrə ilk istehsalata başlayacağımız layihə Söyüdlü qızıl yatağıdır".

"APA-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.

"2028-ci ildən etibarən layihənin istismar dövrü 9 il, qızıl resursu 1,03 milyon unsiya, iqtisadi dəyəri 7,5 milyard manat, tələb olunan investisiya isə 425 milyon manat nəzərdə tutulur. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək.

İkinci layihə Naxçıvanda yerləşən Ortakənd qızıl yatağıdır. İlk istehsal 2029-cu ildə nəzərdə tutulur. Layihənin istismar dövrü 9 il, qızıl resursu 246 min unsiya, iqtisadi dəyəri 1,8 milyard manat, tələb olunan investisiya isə 255 milyon manatdır. Layihə “AzerGold”un daxili və borc vəsaitləri hesabına maliyyələşdiriləcək,"- sədr vurğulayıb.

O qeyd edib edib ki, Söyüdlü və Ortakənd layihələri üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl resursunun hasilata cəlb edilməsi ölkənin qızıl istehsalının və ixracının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR