Paşha Bank
Bank Of Baku

Qlobal qaz tələbatı bu il 65 mlrd. kubmetrə yaxın azalacaq - PROQNOZ

Qlobal qaz tələbatı bu il 65 mlrd. kubmetrə yaxın azalacaq - PROQNOZ
# 03 noyabr 2026 12:10 (UTC +04:00)

Bu il qlobal təbii qaz tələbatının təxminən 1,5% və ya 65 mlrd. kubmetrə yaxın azalacağı gözlənilir. Bu, cari onillikdə tələbatın illik əsasda üçüncü dəfə azalması olacaq.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA) “Qlobal qaz təhlükəsizliyinin icmalı – 2026” hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ildə Yaxın Şərqdə təbii qaz istehlakının təxminən 10% azalacağı proqnozlaşdırılır ki, bu da region tarixində illik ən böyük azalma olacaq. Qaz təchizatının əlçatanlığının azalması və qazdan intensiv istifadə edən bəzi sənaye sahələrinin fəaliyyətində yaranan fasilələr regionun qaz bazarına ciddi təsir göstərir.

“Asiya-Sakit Okean regionunda 2026-cı ildə təbii qaz tələbatının təxminən 1,5% azalacağı proqnozlaşdırılır. Buna elektrik enerjisi sektorunda və enerji tutumlu sənaye sahələrində istehlakın azalması səbəb olacaq”, - hesabatda qeyd olunur.

Bildirilir ki, bu il Avropada təbii qaz istehlakının təxminən 3% azalacağı gözlənilir. Yüksək qaz qiymətləri sənayedə qazdan istifadəni məhdudlaşdırır, bərpa olunan enerji mənbələrinin gücləndirilməsi isə elektrik enerjisi istehsalı üçün qaza olan tələbatın azalmasına səbəb olacaq.

Vurğulanır ki, 2026-cı ildə Afrikada elektrik enerjisi və enerji sektorlarında qazdan istifadənin artması fonunda təbii qaz istehlakının 5% artacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR