Bank Of Baku

BEA: Avropada qaz ehtiyatlarının azlığı qlobal LNG bazarında qiymət artımı riski yaradır

BEA: Avropada qaz ehtiyatlarının azlığı qlobal LNG bazarında qiymət artımı riski yaradır
# 03 noyabr 2026 11:44 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində qaz anbarları 2026–2027-ci illərin qış mövsümünə 2013-cü ildən bəri ən aşağı ehtiyat səviyyəsi ilə daxil olur. Bu, mövsümi pik tələbatın ödənilməsi üçün regionun qlobal mayeləşdiirilmiş təbii qaz (LNG) tədarükündən asılılığını daha da artırır.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (BEA, IEA ) “Qlobal qaz təhlükəsizliyinin icmalı – 2026” hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, qarşıdan gələn qışın gözləniləndən daha soyuq keçəcəyi, texniki nasazlıqların və ya digər təchizat fasilələrinin yaranacağı təqdirdə Avropa xüsusilə həssas vəziyyətə düşə bilər.

Hesabata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması, Asiya və Cənubi Amerikada LNG idxal edən ölkələrin məhdud saxlama imkanları ilə birlikdə qarşıdakı aylarda çevik şəkildə başqa istiqamətlərə yönləndirilə bilən məhdud sayda LNG yükləri uğrunda rəqabəti gücləndirə və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə spot qiymətlərə (nəğd bazar qiymətləri - red.) artım təzyiqi göstərə bilər.

“Avropada ehtiyatların aşağı səviyyədə olması 2027-ci ilin yayında anbarların ehtiyatlarını bərpa etmək üçün əlavə qaz həcmlərinin vurulmasına olan tələbatı da əhəmiyyətli dərəcədə artıra bilər. Bu isə qlobal bazarda gərginliyin gələn ilin ortalarına qədər davam etməsinə səbəb ola bilər”, - hesabatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR