Brent neftinin qiyməti 49 dollara enib

Brent neftinin qiyməti 49 dollara enib
# 13 iyun 2016 07:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya birjalarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar azalaraq 48,40 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,57 dollar azalaraq 49,97 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR