“Atrabank” Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirmək niyyətindədir

“Atrabank” Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirmək niyyətindədir
# 13 oktyabr 2014 09:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İlin sonuna kimi “Atrabank” ASC məcmu kapitalını 50 mln. manata çatdıracaq.

Bankın Biznesin İnkişafı Departamentindən “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayının sonuna bankın məcmu kapitalı 13 mln. manat artırılaraq 35 mln. manata çatdırılacaq. Ümumiyyətlə, məcmu kapitalın artırılması 3 mərhələdən ibarət olacaq.

“Hazırda bu istiqamətdə danışıqlar aparılır. Mərhələli şəkildə yeni partnyorların, səhmdarların cəlb olunması ilə məcmu kapitalı artıracağıq. İlin sonuna Mərkəzi Bankın tələbinə əsasən bankın məcmu kapitalı 50 mln. manata çatdırılacaq və bank fəaliyyətini davam etdirəcək”, - deyə bankdan bildirilib.

“Atrabank” gələcəkdə də digər bank xidmətləri ilə yanaşı, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirəcək.

Qeyd edək ki, hazırda bankın məcmu kapitalı 22 mln. manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR