Qaxda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş mövzusunda  tədbir keçirilib

Qaxda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş mövzusunda  tədbir keçirilib
# 29 mart 2013 20:42 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “Unutmarıq biz bu həqiqətləri” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, rayon ziyalıları, Qax rayonunda məskunlaşan məcburi köçkünlər iştirak edib. Tədbir iştirakçıları ilk öncə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş həmvətənlərin məzarları üzərinə gül-çiçək düzərək, xatirəsini yad ediblər. Tədbirdə son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz çirkin niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş soyqırımları həyata keçiriblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti sonrakı illərdə də davam edib. 1948-1953-cü illərdə, nəhayət 1988-ci ildə yüz minlərlə azərbaycanlı Ermənistandan doğma torpaqlarından qovulub. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək soydaşımız şəhid olub, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR