I Avropa Oyunlarının təbliği məqsədilə “Azərbaycan milli geyimləri sərgisi” layihəsinin icrasına başlanılıb

I Avropa Oyunlarının təbliği məqsədilə “Azərbaycan milli geyimləri sərgisi” layihəsinin icrasına başlanılıb
# 09 iyun 2015 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Bakı-2015” I Avropa Oyunlarının təbliği məqsədilə “Azərbaycan milli geyimləri sərgisi” layihəsinin icrasına başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihə nazirliyin maliyyə dəstəyi, “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin, “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Layihədə bir neçə istiqamət üzrə - qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir olunmuş tablolar yaradılmış, ictimai yerlərdə, hotellərin foyelərində və s. məkanlarda nümayiş etdirilməsi nəzərdə tutulub.

Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək və geyimləri haradan əldə etmək barəsində imkanlar yaradılacaq.

Layihənin məqsədi milli geyimlərin nümayişi, adət-ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərin təbliğidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR