Ukrayna prezidenti Rusiya humanitar karvanının sərhədi keçməsi faktını qanunsuz adlandırıb

Ukrayna prezidenti Rusiya humanitar karvanının sərhədi keçməsi faktını qanunsuz adlandırıb
# 22 avqust 2014 15:39 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiyanın humanitar karvanının Ukrayna sərhədini keçməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

Ukrayna prezidenti Rusiyanı bu məsələni beynəlxalq hüquq müstəvisində həll etməyə çağırıb.

P. Poroşenko qeyd edib ki, Rusiyaya məxsus 100-dən çox yük maşını sərhədi Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin müşayiəti olmadan, habelə Ukraynanın gömrük və sərhəd xidmətlərində yoxlanılmadan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR