Azərbaycanda duz istehsalı 15% artıb

Azərbaycanda duz istehsalı 15% artıb
# 22 sentyabr 2015 11:39 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 23 min 939,7 ton duz istehsal edilib.

"APA-Economics"in məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% çoxdur.

Sentyabr ayının 1-ə Azərbaycanda 1,7 ton duz ehtiyatı yaranıb.

Qeyd edək ki, avqust ayında ölkə üzrə 2 min 989,7 ton duz istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR