Təhsil İdarəsi: TQDK-nın keçirdiyi imtahanlarda istifadə olunan testlərin çətinliyi məktəblərdə təhsil mühitini pozur

Təhsil İdarəsi: TQDK-nın keçirdiyi imtahanlarda istifadə olunan testlərin çətinliyi məktəblərdə təhsil mühitini pozur
# 27 fevral 2013 13:12 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov deyib. O bildirib ki, IX sinifdən sonra şagird hər şeydən təcrid olunaraq yalnız TQDK-nın imtahanına hazırlaşır. Uşaqların harmonik inkişafı daha vacib hesab edən M.Bayramov imtahanın yaratdığı stressin yersiz olduğunu vurğulayıb: “Bununla bağlı hər hansı bir qərar qəbul olunmayıb. Sadəcə, bu, təhsil işçisi olaraq mənim öz fikrimdir”.

BŞTİ-nin müdir müavini qəbul imtahanlarının repetitorluğa geniş təkan verdiyini deyib: “Bütün valideynlər uşaqlarını repetitor yanına göndərərək çalışırlar ki, onlar qəbuldakı testlərin öhdəsindən gəlsin və yüksək bal toplasınlar. Qəbul imtahanlarındakı testlərin ağırlığı repetirora ehtiyac yaradır. Hər bir halda bunun nəticəsində Azərbaycanda repetitorluq daha da geniş vüsət alır. Ölkədə repetitorluğun geniş vüsət almasının birinci səbəbi qəbul imtahanlarında variantların çətinliyi və ağırlığı ilə bağlıdır. Repetitorluq dünyanın bütün ölkələrində mövcud olsa da bu, bizdə geniş vüsət alıb. Mövcud vəziyyət də məktəb mühitinə təsir edir. Çünki yuxarı sinif şagirdləri öz mühitindən, tərbiyə prosesindən ayrılaraq, harmonik inkişafdan qalaraq bütün diqqətini TQDK-nın imtahanlarına hazırlaşmağa sərf edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR