Azərbaycan gömrük orqanları 400 qutu xarici markalı siqaret aşkar edib

Azərbaycan gömrük orqanları 400 qutu xarici markalı siqaret aşkar edib
# 14 avqust 2015 17:01 (UTC +04:00)

Bakı-APA. Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fərəcov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb getmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və həmin mallara gömrük baxışı keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, malların yoxlanılması zamanı İ.Fərəcovun qarşıladığı sərnişinlərdən qəbul etdiyi 2 ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, cəmi 400 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aero­portuna gəldiyini, orada ona göndərilən siqaretləri ayrı-ayrı sərnişinlərdən qəbul etdiyini və həmin siqaretlərin bir hissəsinin şəxsi istifadə məqsədilə, qalanlarının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bildirib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR