Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

 Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub
# 03 iyun 2016 14:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəxşiş Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakıda keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxşiş Əliyev həbs edilib. Bəxşiş Əliyevdən 3 kiloqram 850 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR