Pyotr Poroşenko: “Donetsk və Luqanskın 70 faizi terrorçulardan təmizlənib”

Pyotr Poroşenko: “Donetsk və Luqanskın 70 faizi terrorçulardan təmizlənib”
# 24 mart 2015 10:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Ötən ilin 5-23 avqust tarixlərində silahlı qüvvələr tərəfindən separatçıların nəzarət etdiyi ərazilərdə 40-dan çox hərbi əməliyyat keçirilib. Keçirilən hərbi əməliyyatlar nəticəsində Donetsk və Luqansk vilayətlərinin 70 faizi separatçılardan təmizlənib”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Milli Müdafiə Universitetində generallarla görüşü zamanı söyləyib.

P.Poroşenko mümkün hücumlara qarşı adekvat cavab veriləcəyini bildirib: “Ukrayna ordusu müharibədə böyük təcrübə toplayıb. Onu da deməliyəm ki, Ukrayna Avropa qitəsindəki ən güclü orduya sahib olan beş ölkədən biridir”.

P.Poroşenko ölkənin qərbindəki döyüşlərdə qəhrəmanlıq göstərən 4 nəfərə “Ukrayna Qəhrəmanı” fəxri adını da təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR