Əlibaba Məmmədov haqda fonoalbom Milli Arxiv İdarəsinin “Qızıl fondu”na daxil edilib

Əlibaba Məmmədov haqda fonoalbom Milli Arxiv İdarəsinin “Qızıl fondu”na daxil edilib
# 07 iyul 2015 13:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Xalq artisti, muğam ustası, xanəndə Əlibaba Məmmədov Azərbaycan Respublikası Səs Yazıları Arxivinə maraqlı fonoalbom təqdim edib. Milli Arxiv İdarəsindən APA-ya verilən xəbərə görə, fonolbom Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilib.

Albom 3 kitab, 4 diskdən və bunları yerləşdirməkdən ötrü yüksək zövqlə hazırlanmış qutudan ibarətdir. Birinci kitab “Ürək deyir yaşa hələ” adlanır. Burada xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın əsas hissəsi “Bəstəkar - xanəndə” adlanır və burada onun bəstələdiyi mahnı və təsnifləri, özü, bəstələri və digər görkəmli sənətkarlar barədə geniş məlumat verilir.

Sənətkarın ikinci kitabı öz yaradıcılığının bəhrəsi olan “Təsniflər” və üçüncü kitabı isə “Mahnılar” adlanır. Həmin kitabların birində onun təsniflərinin not yazısı, digər kitabda isə mahnılarının not yazısı və mahnının mətni, sözlərinin müəllifi verilib.

Ümumiyyətlə, bu kitablarda Ə. Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnısı toplanıb. Sənətkarın bu dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul edilib və arxivin “Qızıl fondu”na daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR