Ənvər Məmmədxanlının 100 illik yubileyi qeyd olunub

Ənvər Məmmədxanlının 100 illik yubileyi qeyd olunub
# 23 aprel 2013 12:58 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, dramaturq Ənvər Məmmədxanlının anadan olmasının 100 illik yubileyi qeyd olunub. APA-nın verdiyi məlumata görə, yubileydə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, xalq yazıçısı Anar, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev və digər elm, mədəniyyət, incəsənət xadimləri, ədəbiyyatsevərlər iştirak edib.

Çıxış edənlər yazıçı haqqında xatirələrini bölüşüb, ssenariləri Ənvər Məmmədxanlıya məxsus olan filmlərdən parçalar nümayiş etdirilib.

Qeyd edək ki, Ənvər Məmmədxanlı ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. “Şərqin səhəri”, “Od içində” pyesləri və “Şirvan gözəli” lirik komediyası tamaşaya qoyulub. Onun Avropa və rus klassik yazıçılarından etdiyi tərcümələr üslub və peşəkarlığı ilə bu gün də seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR