Mədət Quliyev İranın XİN-in İdarə rəisi ilə görüşüb

 Mədət Quliyev İranın XİN-in İdarə rəisi ilə görüşüb
# 23 dekabr 2014 07:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi Seyid Kazım Səccadi, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və İranın Azərbaycandakı baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

İran XİN-in Xaricdə Yaşayan İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid Kazım Səccadi Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılan şəraitdən məmnun olduqlarını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR