Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub
# 10 iyul 2014 12:07 (UTC +04:00)

Bakı. Şirin Abbasov - APA. Rusiyada axtarışda olan şəxsi Azərbaycan polisi tutub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan Vüqar Məhərrəmov tutulub.

Qeyd edək ki, V.Məhərrəmov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 158-ci (oğurluq) maddələri ilə axtarışda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR