Goranboyda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar qəbul keçirilib

Goranboyda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar qəbul keçirilib
# 09 aprel 2015 09:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Goranboyda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Goranboy rayonunun Dəliməmmədli şəhərində təşkil olunub. 3 gün ərzində Goranboy Rayon Polis Şöbəsinin müvafiq qurumlarının əməkdaşlarının da iştirak etdikləri xidmət zamanı ümumilikdə, 1250 rayon sakininin sənədləri qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR