Ermənistanda QİÇS virusuna 1381 yoluxma halı qeydə alınıb

Ermənistanda QİÇS virusuna 1381 yoluxma halı qeydə alınıb
# 26 yanvar 2013 15:06 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. 1988-ci ildən bu günə kimi Ermənistanda QİÇS virusuna 1381 yoluxma halı qeydə alınıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, keçən il belə halların sayı 228 olub, bu da ötən illərlə müqayisədə maksimal göstəricidir.

Ermənistanda QİÇS-ə yoluxanların 971 nəfəri kişi, 410-u qadın, 26-sı isə uşaqdır. Bu ölkədə virus əsasən cinsi yolla yayılır (56.9%). Ondan sonra narkotik maddələrin istifadəsi (34.1%) və homoseksual əlaqələr (1.7%) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR