Arif Hacılı: “Qurultaydan sonra yaranmış fəsadlar aradan qaldırılıb”

Arif Hacılı: “Qurultaydan sonra yaranmış fəsadlar aradan qaldırılıb”
# 06 oktyabr 2015 11:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının sonuncu qurultayından sonra yaranmış fəsadlar aradan qaldırılıb”.


APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, partiyanın sonuncu qurultayında keçirilən seçkilərin fəsadları olub və müəyyən fikir ayrılığı yaranıb: "Müsavat Partiyasının qurultayı bir sıra yeniliklərin başlanğıcı oldu. Nizamnaməyə uyğun olaraq alternativli, demokratik seçkilər keçirildi. Qurultaydan sonra yaranan vəziyyətdə müəyyən fəsadlar öz əksini tapdı, ancaq bu da demokratik seçkinin nəticələri olduğundan qısa müddətdə aradan qalxdı. Partiyanın strukturları qurultaydan sonra fəal işləyib, yenidən qurulub".

A. Hacılı sonuncu qurultaydan sonra 100-ə qədər Müsavat üzvünün partiyanı tərk etdiyini söyləyib: "Biz Nizamnamənin tələblərini pozan 14 nəfəri partiyadan kənarlaşdırmışıq. 100-dək Müsavat üzvü partiyanı tərk edib. Ancaq bu, heç bir halda Müsavatın zəifləməsi demək deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR