Bakıda xalasının xeyli miqdarda pulunu oğurlayan şəxs tutulub

Bakıda xalasının xeyli miqdarda pulunu oğurlayan şəxs tutulub
# 01 oktyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda xalasının külli miqdarda pulunu oğurlayan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci Polis Bölməsinə (PB) müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib.

PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib. Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat almasını bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR