Neftçala rayon sakini itini güllələyən şəxsdən şikayət edib

Neftçala rayon sakini itini güllələyən şəxsdən şikayət edib
# 23 avqust 2014 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Neftçala rayon sakinindən sənədləri olmayan silah götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Neftçala rayonunun Boyat kənd sakini Vüqar Zeynalov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün həmkəndlisi Etibar Əzizovun ov tüfəngindən atəş açaraq ona məxsus çoban itini öldürdüyünü bildirib.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əzizovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR