Azərbaycanda 3 nəfərdən ov tüfəngi götürülüb

Azərbaycanda 3 nəfərdən ov tüfəngi götürülüb
# 28 fevral 2015 10:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Azərbaycanda 3 nəfərdən ov tüfəngi götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Cürəli kənd sakini Şəfaqət Quliyevadan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Analoji əməliyyatı Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçiriblər. Belə ki, Ağdam rayon sakini Ziyadxan Cəfərovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-12” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.

Cəlilabad rayonunda isə şəhər sakini Vitaliy Zyulkovskidən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR