Tiflisdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib - FOTO

Tiflisdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib - <span style="color: red;">FOTO
# 02 aprel 2015 13:32 (UTC +04:00)

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında Tiflisdə keçirilən ikitərəfli görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər həmçinin iki ölkə arasında hərbi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar, bu ilin sonunda memorandumun imzalanması ilə bağlı vacib müzakirələrin aparılmasına diqqət yetiriblər.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə obyekti olub. Hər iki nazir üçtərəfli və ikitərəfli görüşlərin region ölkələri üçün vacib olduğunu vurğulayıblar.

Tədbirin sonunda Azərbaycan və Türkiyə müdafiə nazirləri bir-birilərinə hədiyyələr təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR