İordaniya parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Milli Məclisdə olub

İordaniya parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Milli Məclisdə olub
# 28 aprel 2015 15:43 (UTC +04:00)

Bakı-APA. Bu gün Milli Məclisin İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda keçirilən III Qlobal Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn İordaniya parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Hazim Qaşu ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəriman Əliyev ölkəmizin dinamik inkişafı, həyata keçirilən quruculuq işləri, əldə olunan nailiyyətlər barədə danışıb, Milli Məclisin İordaniya ilə dostluq qrupunun tərkibi və fəaliyyəti barədə məlumat verib.

N. Əliyev deyib ki, dostluq qruplarının qarşılıqlı səfərləri parlamentlərarası əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verir.

Hazim Qaşu isə III Qlobal Forum çərçivəsində Bakıda keçirilən tədbirləri yüksək qiymətləndirib, Azərbaycanda siyasi, iqtisadi, sosial sahələrdə tərəqqinin təqdirəlayiq olduğunu söyləyib. Eyni zamanda parlamentlər arasında münasibətlərin möhkəmləndirilməsini, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini önəmli hesab edib.

Görüşdə Azərbaycanın son vaxtlar ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin, o cümlədən bu yaxınlarda keçiriləcək Birinci Avropa Oyunlarının əhəmiyyəti yüksək dəyərləndirilib, ölkələr arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR