İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinə yeni sədr seçilib

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinə yeni sədr seçilib
# 06 mart 2015 13:03 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, ukraynalı hüquqşünas Nikolay Qnatovski komitənin sədri seçilib. N. Qnatovski Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq üzrə professorudur.

Qeyd edək ki, İşgəncələrə qarşı komitəyə 4 il sədrlik etmiş azərbaycanlı hüquqşünas Lətif Hüseynovun komitədəki mandatı bu ilin dekabr ayında başa çatdığından, o, sədr vəzifəsinə namizədliyini irəli sürməmişdi. Bununla belə, L. Hüseynov 2015-ci il dekabrın 19-na qədər komitənin üzvü olaraq qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR