Rumıniyalı ulduzlar Bakıda konsert proqramı ilə çıxış edəcəklər - FOTO

Rumıniyalı ulduzlar Bakıda konsert proqramı ilə çıxış edəcəklər - <span style="color: red;">FOTO
# 15 fevral 2013 08:06 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Bu il Avropa və dünya hit paradlarında uğur qazanan rumıniyalı ulduzlar - Dj Layla və Dee Dee ilk dəfə olaraq Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Konsertin təşkilatçısı Hüseyn Cavadzadənin APA-ya verdiyi məlumata görə, sənətçilərin dünya turu çərçivəsində Bakıda gerçəkləşəcək konserti “Hezz klub”da baş tutacaq. Bu il Azərbaycan radio, televiziya və əyləncə məkanlarında "Single Ladys" mahnısı ilə populyarlıq qazanan qrupun 2 saatlıq xüsusi proqramla çıxışı gözlənilir. Avropanın cazibədar cütlüyü sayılan ifaçıların konsertinə biletlərin qiyməti 30-50-100 Azn dəyərində olacaq. Təşkilatçı onu da bildirib ki, konsertdən gələn bütün gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq. Bundan başqa, proqramda moda nümayişinin də təşkili gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR