Cənub bölgəsində yeni sürüşmə sahələri yaranıb

 Cənub bölgəsində yeni sürüşmə sahələri yaranıb
# 14 noyabr 2015 09:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın cənub zonasında yeni lokal sürüşmə sahələri yaranıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. O bildirib ki, atmosfer yağıntılarının miqdarının normadan artıq olması nəticəsində cənub bölgəsində mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Alim qeyd edib ki, cənub bölgəsində atmosfer yağıntılarının normadan artıq olması nəticəsində yeni lokal sürüşmə sahələri də yaranıb. Mövcud sürüşmə sahələrində aktivlik, habelə yeni lokal sürüşmə sahələri Lənkəran, Lerik və Astaranın bir neçə kəndlərində əmələ gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR