Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Sentyabr
# 23 sentyabr 2015 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

 

Qurban bayramı insanları bir-birinə yaxınlaşdıran bayramdır. Bu bayram insanlara vicdan rahatlığı gətirən bayramdır. Ən azı ona görə ki bu bayramda insan ətrafında heç kimin ac qalmadığına əmin olur. Qurban bayramı var-dövlət nümayiş etdirmək bayramı deyil, paylaşım bayramıdır, insanın nəfsini basaraq var-dövlətindən imkansızlara qida yardımı etdiyi bayramdır. Bunlar Qurban bayramının çoxsaylı məziyyətlərindən yalnız bir qismidir. Heyvan kəsərək bir aylıq ət ehtiyatı toplamaq qurban sayılmaz, bu təfəkkürün bayramla heç bir əlaqəsi yoxdur. Və Qurban bayramı hədiyyələşmək, yaxınlaşmaq, paylaşmaq bayramı olduğuna görə hər kəs öz düşüncəsinə görə nəyisə qurban edə bilər. Bu müqəddəs günlərdə ehtiyacı olan bir insana qan verməkdən gözəl qurban, bundan yaxşı savab ola bilməz. Verdiyiniz qan bir talasemiyalı xəstənin ömrünü 15 gün uzada bilər, cəmiyyət zaman keçdikcə bu işi mədəniyyət halına gətirməli, Qurban bayramına təkcə qida paylaşımı deyil, qan paylaşımı mahiyyəti qazandırmalıdır. APA TV öz tamaşaçılarını, bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir! Allah qurbanınızı qəbul etsin! 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR