Ermənilərin açdığı atəş nəticəsində Gədəbəydə 9-cu sinif şagirdi yaralanıb - VİDEO

Ermənilərin açdığı atəş nəticəsində Gədəbəydə 9-cu sinif şagirdi yaralanıb - <span style="color: red;">VİDEO
# 04 avqust 2014 06:54 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində düşmən gülləsinə tuş gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR