Bakı-Tbilisi aviareysinə biletlər ucuzlaşdırılıb

Bakı-Tbilisi aviareysinə biletlər ucuzlaşdırılıb
# 14 fevral 2013 09:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Tbilisi-Bakı istiqamətində həyata keçirilən aviareyslər üçün xüsusi tariflərin tətbiqinə başlayıb.

«APA-Economics»in AZAL-a istinadən verdiyi məlumata görə, Bakı-Tbilisi-Bakı istiqamətində ekonom sinifli aviareysin tarifi 120 avro təşkil edir: «Xüsusən qeyd etmək istəyirik ki, AZAL qeyd olunan hava xəttində yalnız müasir «Aerobus A-319» və «Airbus A-320» tipli hava gəmilərini istismar edir».

Qeyd edək ki, qiymətə yığım və rüsumlar daxil deyil. Aviaşirkət qeyd olunan sinif ilə aviabiletlərin sayını məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

«Bütün yığım və rüsumlar nəzərə alınmaqla hazırda Bakı-Tibilsi aviareysinə biletin minimal qiyməti 124 manat, hər iki istiqamətə isə biletin minimal qiyməti 204 manat təşkil edir», - deyə AZAL-dan bildirilib.

Xatırladaq ki, AZAL Bakıdan Tbilisiyə uçuşları hər həftənin I, III, IV, V, VI və VII günləri yerinə yetirir. Bundan öncə hər iki istiqamətdə biletlərin qiyməti təxminən 245 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR