Qəzzada Fələstin futbolunun ulduzu Əhəd Zakut həlak olub

Qəzzada Fələstin futbolunun ulduzu Əhəd Zakut həlak olub
# 31 iyul 2014 18:35 (UTC +04:00)

Bakı – APA. İsrail aviasiyasının növbəti hava hücumu nəticəsində Qəzza zolağında Fələstin futbolunun ulduzu, milli komandanın keçmiş yarımmüdafiəçisi Əhəd Zakut həlak olub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 49 yaşlı Zakutun yaşadığı evə bomba düşüb.

Son illər Zakut məşqçilik fəaliyyəti ilə məşğul idi, Fələstin televiziyasında veriliş aparırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR