Lənkəranda 12 yaşlı qızı maşın vuraraq öldürüb

Lənkəranda 12 yaşlı qızı maşın vuraraq öldürüb
# 17 oktyabr 2014 14:07 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də saat 15.00 radələrində Lənkəran-Lerik şosesinin rayonun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lerik rayon sakini Vüsal Mirzağa oğlu Həbibullayev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Şovu kənd sakini Məleykə Rəfail qızı Eynullazadəni vurub. Azyaşlı dərhal sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR