Şəmkirdəki yanğında 1 yaşlı körpə ölüb - YENİLƏNİB - VİDEO

Şəmkirdəki yanğında 1 yaşlı körpə ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2014 09:59 (UTC +04:00)

Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın Şahin Qələndərova məxsus fərdi yaşayış evində baş verib. Yanğın zamanı 2013-cü il təvəllüdlü Qələndərov Günay Şahin qızı yanaraq ölüb.

Yanğının səbəbləri araşdırılır.

***

11.46

Şəmkirdə güclü yanğın baş verib, bir nəfər ölüb

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirin Cinarlı qəsəbəsindəki yaşayış evində güclü yanğın baş verib. Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində baş verib. Hazırda yanğınsöndürənlər 3 yanğınsöndürən avtomobilin köməyi ilə hadisə yerində çalışırlar. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir. Bir azyaşlının yanğın nəticəsində öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR