DİN Lerikdə baş verən qətl hadisəsi barədə məlumat yayıb - VİDEO

DİN Lerikdə baş verən qətl hadisəsi barədə məlumat yayıb - <span style="color: red;">VİDEO
# 24 dekabr 2014 09:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Lerikdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, dekabrın 23-də Sumqayıt şəhər sakini Cəmaləddin Surətov Lerik şəhərində yaşayan qayınanası Lalə Əliyevanın evində olarkən ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Məhsətini və qayınanasını qətlə yetirib, sonradan Perzəkücə kəndində yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə özünü də öldürüb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən Vinçester markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR