Azərbaycan Diplomatik Akademiyası tələbələri üçün "Karyera Həftəsi" keçirir

Azərbaycan Diplomatik Akademiyası tələbələri üçün "Karyera Həftəsi" keçirir
# 01 mart 2013 11:57 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycan Diplomatik Akademiyası fevralın 25-dən martın 1-dək ilk dəfə olaraq "Karyera Həftəsi" keçirib.

APA-nın məlumatına görə, son beş gün ərzində Akademiyada təşkil edilən panellər, seminarlar və mühazirələr əsasında ADA tələbələri Azərbaycandakı məşğulluq bazarının meylləri, karyera qurmaq imkanları ilə tanış olub.

Məzunlar işə götürməkdə maraqlı ola biləcək hökumət, QHT və fərdi sektorun təmsilçiləri ilə görüşür. "Həftə" ərzində tələbələr qarşında ATƏT, BMT, Dünya Bankı və digər beynəlxalq təşkilatların Bakıdakı əməkdaşları ilə yanaşı, XİN, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank kimi dövlət strukturlardan natiqlər çıxış ediblər.

Qeyd edək ki, ADA Azərbaycanda universitetlər içində belə bir tədbiri ilk olaraq keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR