Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri ilə görüşüb

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri ilə görüşüb
# 05 aprel 2015 20:31 (UTC +04:00)

Bakı-APA. Bu gün Ər-Riyadda Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaflə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirilib.

Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR