Paşha Bank
Bank Of Baku

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının rolunda Prezident İlham Əliyevin vizyonu və islahatlara meylinin əhəmiyyətini vurğulayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov

© APA | İqtisadiyyat naziri Mikayıl Cabbarov

# 25 sentyabr 2026 11:55 (UTC +04:00)

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının rolunda Prezident İlham Əliyevin vizyonu və islahatlara meylinin əhəmiyyətini vurğulayıb.

APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı panel sessiyada deyib.

O bildirib ki, Azərbaycanda makroiqtisadi və fiskal sabitliyə xüsusi diqqət yetirilir.

“Düşünürəm ki, bu, bu gün artıq qeyd olunan bir sıra amillərlə özünü göstərir. Bunlardan biri neftdən asılılığın azalmasıdır. Əlbəttə, diversifikasiya burada mühüm rol oynayır. Burada iqtisadi buferlərin xüsusi rolu var. Buferlər bizə yalnız 2026-cı ildə yox, 2022-ci ildə də təsir göstərən hadisələrə, xüsusilə regionda baş verən və bir-birimizlə qarşılıqlı əlaqədə olduğumuz proseslərə qarşı dayanıqlı olmağa imkan verib.

Bu buferlər inkişaf kursumuzu qoruyub saxlamağa imkan verdi”, - Mikayıl Cabbarov qeyd edib.

Nazir Azərbaycanın yüksək enerji qiymətləri şəraitində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin payını 4,5 faizdən çox azaltdığını bildirib.

O, çıxışında ölkənin əsas prioritetlərindən birinin rəqəmsallaşma və süni intellekt texnologiyalarından istifadə olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, süni intellekt həm iqtisadiyyatın, həm də ayrı-ayrı vətəndaşların məhsuldarlığının artırılmasına imkan yarada bilər. Eyni zamanda, süni intellektin əmək bazarına və iş yerlərinə təsirinin qarşıdakı əsas çağırışlardan biri olduğunu deyib.

Nazir bildirib ki, Azərbaycan özünü süni intellekt texnologiyalarını yaradan ölkə kimi yox, bu texnologiyaların aktiv tətbiqçisi kimi görür.

Mikayıl Cabbarov Azərbaycanın digər prioritetləri sırasında sənayeləşməni və ölkənin təbii üstünlüklərindən – coğrafi mövqedən, enerji imkanlarından, insan kapitalından və nəqliyyat bağlantılarından – istifadəni qeyd edib.

O həmçinin Azərbaycan üçün Mərkəzi Asiya və Körfəz regionları ilə iqtisadi tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkə yalnız xarici investisiyaların cəlb edilməsinə yox, Azərbaycan şirkətlərinin xaricə investisiya yatırmasına da diqqət yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR