Azərbaycanın sığorta bazarı 10% artıb

Azərbaycanın sığorta bazarı 10% artıb
# 14 avqust 2014 11:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 251,7 mln. manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 mln. manat və ya 10% çoxdur.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin ilk 7 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 mln. manat və ya 13,2% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 30 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR