FHN Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Gəncədə yaşayış evində baş vermiş yanğınla bağlı məlumat yayıb
# 27 iyul 2014 03:32 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər qadın və 2 azyaşlı uşaq tüstüdən boğulmuş vəziyyətdə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR