Hazırda enerji məsələlərini və enerji böhranını müzakirə etmək üçün çox münasib zamandır.
"APA-Economics" xəbər verir ki, bunu ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə keçirilən XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev bildirib.
"Hörmüz boğazında baş verən hadisələr bir daha göstərdi ki, enerji böhranı son dərəcə aktualdır və bütün dünya üçün çox ciddi təhlükə yaradır", - Muxtar Babayev qeyd edib.
Onun sözlərinə görə, bu gün nüvə enerjisi də xüsusi əhəmiyyət daşıyır.
"COP28 çərçivəsində Dubayda nüvə enerjisinin təhlükəsiz enerji mənbəyi olduğu vurğulandı və hazırda dünyada bu sahəyə maraq əhəmiyyətli dərəcədə artıb", - Muxtar Babayev qeyd edib.