“Quest Net” şirkətinin dələduzluqda təqsirləndirilən əməkdaşlarının məhkəməsi davam etdirilib

 “Quest Net” şirkətinin dələduzluqda təqsirləndirilən əməkdaşlarının məhkəməsi davam etdirilib
# 08 may 2015 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə _ APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Quest Net” şirkətinin əməkdaşları Müşfiq Kazımov, Rasim Qəhrəmanov, Emin Məmmədov, Elşad Muradov və Ceyhun İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə xalq artisti Tariyel Qasımov zərərçəkmiş şəxs qismində ifadə verib. O, şikayətçi olmadığını və dəymiş ziyanın ödənildiyini deyib. Daha sonra prosesdə digər zərərçəkmişlər - Rahim Qədimov, Bikə İsmayılova və Mərcan Camalov ifadə veriblər. Onlar da şikayətlərinin olmadığını deyiblər.

Məhkəmə proses mayın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Müşfiq Kazımov və digərləri Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR