Bakı. Şəhriyar Əlizadə - APA. Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Ağdam Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Köçərli dəmir yolu stansiyasının ərazisindən “F-1” qumbarası və 108 ədəd müxtəlif çaplı patron tapılıb.