Pakistan prezidenti İranda səfərdədir

Pakistan prezidenti İranda səfərdədir
# 27 fevral 2013 16:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. Pakistan prezidenti Asif Əli Zərdari bu gün İrana səfər edib. APA-nın məlumatına görə, səfərdə Pakistan prezidentini yüksək vəzifəli rəsmilər, o cümlədən neft naziri və xarici işlər nazirinin müavini müşayiət edir. Asif Əli Zərdari və onu müşayiət edən nümayəndə heyətini İranın neft naziri Rüstəm Qasımi qarşılayıb. Pakistan prezidentinin İranın ali dini lideri, ayətullah Əli Xamneyi və prezident Mahmud Əhmədinejadla görüşlər keçirəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR